Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Mövzu Vətən olarsa, heç bir fikir ayrılığı ola bilməz!

0





  •           Ermənistan unutmuşdur ki, Azərbaycan Ordusu keçən əsrin 90-cı illərindəki ordu deyildir. Artıq bizim püxtələşmiş ixtisaslı kadrlarımız güclü ordumuz vardır. Dünyanın ən güclü ordularından sayılan Azərbaycan Ordusu bu gün istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Təəsüf ki, şəhidlərimiz də olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən sağ olsun deyirik. Xain ermənilərin ərazilərimizə hücum etməsi xəbəri bütün Azərbaycan Xalqını ayağa qaldırmışdır. Azərbaycan gəncləri küçələrə axışaraq “Şəhidlər ölməz, vətən bölünməz!”, ”Ya Qarabağ, ya ölüm!”  şüarları ilə Şəhidlər Xiyabanına kimi yürüş edərək Şəhidlərimizi ziyarət etmişlər. Belə bir məqamda ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması, 143 siyasi partiyanın bir araya gələrək xalqın, dövlətin, əsgərlərimizin yanında olmalarını bəyan etmələri bir daha göstərdi ki, Vətən məsələsi, dövlət məsələsi olan yerdə heç bir fikir ayrılığı ola bilməz. Gənclərimizin kütləvi şəkildə ordu sıralarına yazılaraq düşmənə qarşı müharibəyə qoşularaq işgal altında olan torpaqlarımızı azad etmək arzusunda olmaları bunun bariz nümunəsidir.



    Sayad Quliyeva,

    Xocalı rayon sakini


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib54 dəfə
    Mövzu Vətən olarsa heç bir fikir ayrılığı ola bilməz!

    Maraqlı gələ bilər
    99